Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-07-2026 , 19:59

93

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əlibaba Hüseynov: “Yardımlı rayonunda formalaşan hər bir bələdiyyə maddı-mədəni irs nümunələrinin qorunmasına və mühafizəsinə öz töhfəsini verməyə çalışmalıdır”

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Yardımlı bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə Yardımlı rayon bələdiyyələrinin əlaqələndirmə şurasının və Vərdəgüz bələdiyyəsinin sədri Əlibaba Hüseynov, Yardımlı bələdiyyəsinin sədri Mehman Adiyev, Porsova bələdiyyəsinin sədri Əfsər İmanov və  bir sıra bələdiyyə üzv və qulluqçuları iştirak ediblər.

İctimai birliyin sədri Vüqar Cəfərov  görüş iştirakçılarına layihənin icrası, məqsədi və vəzifələri barədə  ətraflı məlumat verib. Vüqar Cəfərov çıxışında Yardımlı rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü qeyd edib. Ancaq bu vəzifələrin icrası zamanı Türkiyə və digər ölkələrin təcrübəsinin öyrənilməsini daha məqsədəuyğun hesab edib.

Görüşdə Vüqar Cəfərov Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin çətin maliyyə durumunda olduğunu, bir çox problemlərlə üz-üzə qaldığını dilə gətirib. Birlik sədri qeyd edib ki, bu gün Yardımlı bələdiyyələrinin əvvəl ki illərdə yığıllıb qalmış kifayət qədər DSMF borcunun olması bələdiyyələrin daha geniş fəaliyyətinə imkan verməməsi təəssüf doğurur.

Görüşdə Yardımlı rayon bələdiyyələrinin əlaqələndirmə şurasının və Vərdəgüz bələdiyyəsinin sədri Əlibaba Hüseynov mövzunun aktual olduğunu birdirməklə yanaşı, Yardımlı rayonunda formalaşan hər bir bələdiyyənin maddı-mədəni irs nümunələrinin qorunmasına və mühafizəsinə öz töhfəsini verməyə çalışmalı olduğunu qeyd edib.

Bələdiyyə sədri Yardımlı rayonunda qədim maddi-mədəni irs nümunələr ilə zəngin olduğunu nəzərə alaraq cari ildən maliyyə imkanları daxilində sahənin qorunmasına müəyyən maliyyənin ayrılmasının vacibliyini vurğulanmışdır.

Yardımlı bələdiyyəsinin sədri Mehman Adiyev müzakirə edilən mövzunun aktual olduğunu dilə gətirib. Bu gün Yardımlı bələdiyyələrinin əvvəl ki illərdə yığılıb qalmış DSMF borcunun olması fəaliyyətə ciddi problem yaratdığını, lakin bələdiyyələrin ruhdan düşmədiyini, borcun bağlanılması üçün ciddi şəkildə çalışdıqlarını qeyd edib.

Görüşdə Porsova bələdiyyəsinin sədri Əfsər İmanov bələdiyyə ərazisində  XIV əsrə aid edilən və yerli əhəmiyyətli 4471 saylı nömrə il dövlət qedyiyyatında  olan türbənin (Abi-Dərdə ziyarətgahın) dövlət mühafizəsində  bələdiyyənin də yaxından iştirak etdiyini bildirib. Sədr qeyd edib ki, maliyyə imkanları çərçivəsində biz türbənin qorunması, mühafizəsində bundan sonra da öz dəstəyimizi göstərəcəyik.

Sədr qeyd edib ki, özündə qədim tariximizin nümunələri olan maddi-mədəni irs nümunələrinin olduğu kimi  gənc nəslə çatdırmaslnda hər birimiz öz töhfəmizi verməliyik.

Görüşdə Yardımlı rayonunun tarixindən, inkişaf yolundan, rayonun qədim abidələrinin funksionallığından danışılıb. Müzakirələrdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində bələdiyyənin fəaliyyəti ilə yaxından tanışlıq keçirilmiş, həmçinin  şəhərdə fəaliyyətdə olan Yardmılı rayon tarix-diyarşünaslıq muzeyi, asma körpü  ziyarət olunmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində növbəti görüşlər  Siyəzən, Şabran Quba, Xaçmaz, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
389

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
440

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
618

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
662